media-inshot_20260331_235828476

Polşalı kişi 139-cu cəhdində sürücülük imtahanından keçərək rekord qırıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın Tarnov şəhərinin sakini doqquz illik hazırlıqdan sonra 139-cu cəhdində nəzəri sürücülük imtahanından uğurla keçə bilib.

Bu barədə martın 21-də Malopolska Yol Hərəkəti Mərkəzinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, kişinin bundan əvvəlki imtahanlarında 138 cəhdinin hamısı uğursuzluqla nəticələnib.

Məlumata görə, sözügedən abituriyent ilk dəfə imtahanı 2017-ci ildə verib və qəbul olunmadığı üçün doqquz il ərzində müntəzəm olaraq yenidən cəhdlər göstərib.

Daha sonra məlum olub ki, onun uğursuzluğunun səbəbi natamam materiallarla hazırlaşması və mövzuları tam bilməməsi olub. O, testlərin demo versiyasından istifadə edib. Lakin bütün materialları əldə etdikdən sonra nəticələri yaxşılaşmağa başlayıb.

Qeyd edək ki, nəzəri imtahandan uğurla keçən abituriyentin indi yalnız praktik imtahanı qalıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər