İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına uyğun olaraq ölkələrindən qovulan 15 fələstinli Türkiyə tərəfindən qəbul ediləcək.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü ildən 13 yanvar 2025-ci ilə qədər Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 50 min insan həyatını itirib, 100 mindən çox insan isə yaralanıb.

İllərdir İsrail tərəfindən həbsxanalarda saxlanılan minlərlə fələstinli ilə yanaşı, Qəzzadan olan 15 min insan da müxtəlif səbəblərlə həbs edilib.

Atəşkəs razılaşması çərçivəsində girovların azad edilməsi müqabilində İsrailin müəyyən sayda məhbus və məhkumu azad edəcəyi bəndi var idi.

İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilən bəzi məhkumların sərbəst buraxıldıqdan sonra Fələstindən çıxarılması, bir daha geri qayıtmaması tələb edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında atəşkəs razılaşmasını dəstəkləmək üçün bəzi digər ölkələr və Türkiyə həbsdən çıxdıqdan sonra ölkəsindən uzaqda yaşamaq məcburiyyətində qalan bu fələstinlilərin bir qismini qəbul edəcək.

Bunun üzərinə hərəkətə keçən Milli Kəşfiyyat Təşkilatı (MİT) Rəhbərliyi ilk mərhələdə ölkələrindən qovulan 15 fələstinlinin Misir üzərindən Türkiyəyə gəlməsi üçün təşəbbüs göstərib.

Bu çərçivədə sözügedən fələstinlilərin Türkiyədə dinc və təhlükəsiz həyat qurmaları üçün lazımi tədbirlər görülüb.


Bənzər xəbərlər