media-inshot_20251230_172059565

2026-cı ildə Azərbaycanda internet tariflərinin artırılması gözlənilir. Ölkədə internet xidmətlərinin qiymətlərindəki dəyişikliklər istifadəçilərin gündəlik xərclərinə birbaşa təsir göstərir və bazarda maraq doğur.

Qiymət artımının əsas iqtisadi səbəbləri nələrdir və bu artım obyektiv bazar şərtləri ilə nə dərəcədə əsaslandırıla bilər?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, internet tariflərinin artımı əsasən məhdud təchizatçı sayına və ümumi iqtisadi vəziyyətə bağlıdır:

media-img-20251230-wa0061

“İnternet tariflərinin artırılmasının 2–3 səbəbini əvvəlcədən qeyd etmək olar. İlk olaraq, ölkəyə internet bir mərkəzdən gəlir. Provayderlərin sayı çoxdur, amma həmin provayderlərə internet verən bir mərkəz var. O, inhisarçı mövqeyindən istifadə edib qiyməti qaldırır. İstənilən halda da qiymətləti yüksəldə bilir, belə bir imkanı var.

İkinci səbəb odur ki, internet provayderlərində biznesin bir növüdür. Onlar görür ki, hər yerdə qiymət qalxır, qiymət artımı onlara da təsir edir, xidmətinə, işçilərin daha çox maaş almaq istəklərinə və.s. Nəticədə, onlar da qiymətləri artırırlar. Yəni rəqabətsizlik böyükdür və ümumi iqtisadi vəziyyət, ümumi inflyasiya bu şəraitdə qiymət artımını diktə edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər