media-skynews-brazil-balloon-crash_6947468

Braziliyada turistləri daşıyan hava şarının qəzaya uğrayıb.

Patrulaz.az“BBC”yə istinadən xəbər verir ki, Braziliyanın cənubunda yerləşən turistlərin tez-tez ziyarət etdiyi Praia Grande şəhərində hava şarının qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər isə sağ qalıb.

Məlumata görə, hava şarımda ümumlikdə 21 nəfər olub. Hava şarını idarə edən pilot isə sağ qalıb.

Hadisə yerində olan polis zabiti Tiaqo Luiz Lemos jurnalistlərə açıqlamasında pilot barəsində açıqlama verib:

“Sağ qalan pilotun dediyinə görə, səbətin içində yanğın başlayıb. O, dərhal şarı endirməyə cəhd edib və yerə yaxınlaşan kimi sərnişinlərə tullanmağı əmr edib. Bəziləri tullana bilsə də, digərləri buna macal tapmayıb. Alov dükcə şarın ağırlığı dəyişib və o yenidən yüksəlib. Daha sonra idarəetməni itirərək yerə çırpılıb”.

Hadisə nəticəsində xəsarət alanların yaxınlıqdakı tibb müəssisələrinə yerləşdiriliblər.

Qeyd edək ki, Praia Grande şəhəri Braziliyanın cənubunda yerləşən məşhur turizm məkanıdır və xüsusilə havada uçuş fəaliyyətləri ilə tanınır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər