"Qarabağ" - "Atletik Bilbao" matçında erməni təxribatları - VİDEO / FOTO
Oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın San Mames stadionunda keçirilən “Qarabağ” – “Atletik Bilbao” matçında erməni təxribatı diqqət çəkib.
Patrulaz.az xəbər verir ki, matç başlamamışdan əvvəl stadionun həyətindəki tullantı qutularından birinin üzərində Azərbaycan dilində, erməni bayrağı ilə “Qarabağ Ermənilərindir” yazısı qeyd olunub. Bunu görən azərbaycanlı azarkeş isə qəzəblənərək qəbiklə erməni bayrağını silməyə çalışıb.
Bundan əlavə, matç zamanı azarkeşlər arasında İspaniya bayraqları ilə yanaşı, separatçı rejimin əsgi parçası da asılıb.
Qeyd edək ki, oktyabrın 21-də ermənilər Bilbao şəhərinin küçələrinə təxribatçı vərəqlər də yapışdırmışdılar.






