media-inshot_20250910_160606586

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində sakinlər uzun müddətdir yol probleminin həll olunmamasından şikayət edirlər.

Patrulaz.az-a şikayətini bildirən sakinlərin sözlərinə görə, aprel ayından etibarən qazılan küçənin asfaltlanacağı bildirilsə də, artıq 5 ay olmasına baxmayaraq, heç bir iş görülməyib.

“Bu yoldan hər gün işə, dərsə gedirik. Palçıq, toz içində qalmışıq. Yol tamamilə yararsız vəziyyətdədir, demək olar, hər küçə bu gündədir”, – deyə yerli sakinlərdən biri bildirib.

Görüntülərdə də görünür ki, nəqliyyat vasitələri bərbad vəziyyətdə olan yolda çətinliklə hərəkət edirlər.

Vətəndaşlar problemin uzun müddət həll olunmamasınında aidiyyəti qurumları günahlandırırlar:

“Bakıxanov icra hakimiyyətindən artıq cana gəlmişik. Küçələrin vəziyyəti bərbaddır, dərdimizi kimə deyəcəyimizi bilmirik”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışacağıq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər