60 milyonda bir doğuş: 24 yaşlı qadın biri oğlan, dördü qız olmaqla beşəm dünyaya gətirdi
Çində 24 yaşlı qadın beşəm dünyaya gətirib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, biri oğlan, dördü qız olmaqla dünyaya gələn körpələrin hər biri 870-1030 qram çəkidə olub.
Məlumata görə, doğuşa 20 nəfərlik həkim briqadası cəlb olunub və körpələr qeysəriyyə üsulu ilə dünyaya gəlib.
Körpələr vaxtından əvvəl – hamiləliyin 28-ci həftəsində doğulduqları üçün hazırda reanimasiya şöbəsində müşahidə altında saxlanılır və vəziyyətlərinin stabil olduğu bildirilir.
Qeyd edək ki, beşəm dünyaya gəlməsi təxminən 60 milyon hamiləlikdən birində baş verir.






