media-inshot_20260409_121927392

Şimali Koreya Hwasongpho-11 Ka tipli yer-yer taktiki ballistik raketin kaset sursatları ilə təchiz olunmuş versiyasını uğurla sınaqdan keçirib.

Patrul.az xəbər verir ki, yüksək dağıdıcı gücə malik olduğu bildirilən bu silah sisteminin 6,5-7 hektar ərazini, yəni 10 futbol meydançasına bərabər sahəni məhv etmək qabiliyyətinə malik olduğu qeyd olunur.

Üç günlük hərbi təlimlər çərçivəsində həyata keçiriən sınaqlara KXDR lideri Kim Çen In deyil, general Kim Jong Sik rəhbərlik edib.

Məlumata görə, eyni təlimlər zamanı KXDR aşağıdakı sistemləri də sınaqdan keçirib:

– Elektromaqnit silah sistemi – düşmənin elektron dövrələrini və texnikasını sıradan çıxarmaq üçün nəzərdə tutulub;

– Karbon lifli “yalançı bombalar” – xüsusilə elektrik stansiyaları kimi infrastruktur obyektlərini keçirici liflər vasitəsilə sıradan çıxarmaq məqsədi daşıyır;

– Mobil qısa mənzilli zenit-raket sistemi.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, sınaq zamanı buraxılan raketlərdən biri təxminən 700 kilometr məsafə qət edib.


Bənzər xəbərlər