79 ICC üzvü olan ölkədən ABŞ-a qarşı birgə bəyanat
Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olan 79 ölkə ABŞ-ın Məhkəməyə sanksiya tətbiq etmək qərarına qarşı birgə bəyanat yayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Lüksemburq, Meksika, Sierra Leone, Sloveniya və Vanuatunun liderliyində hazırlanan və Syerra Leonenin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyinin internet saytında dərc edilən yazılı açıqlamada, “ICC-nin müstəqilliyi, tərəfsizliyi və bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik” ifadəsi işlədilib. Bəyanatda məhkəmənin görünməmiş problemlərlə üzləşdiyi vurğulanıb. Həmçinin BCM və onun əməkdaşlarına qarşı sanksiyaların beynəlxalq hüquqi nizamı pozmaq təhlükəsi yaratdığı bildirilib.