media-26daa848-ce36-4c36-bb4a-9d606e89c34a

Sosial şəbəkələrdə vətəndaşları aldatmaq məqsədilə yaradılan saxta kredit səhifələri günbəgün artmaqdadır. “azeri_star_mikro_maaliye” adlı “İnstagram” səhifəsi bank olmayan kredit təşkilatı (BOKT) kimi təqdim olunaraq insanları aldadır.
Zərərçəkmişin Patrulaz.az-a verdiyi məlumata görə, səhifə vəd etdiyi krediti vermədən öncə vətəndaşlardan müxtəlif ödənişlər tələb edir. Fırıldaqçılar əvvəlcə insanlara Azərbaycan Respublikasının Mərkəzi Bankı adından saxta “BOKT Finans İnvest MMC fəaliyyətinə LİSENZİYA” sənədi göndərərək, onların güvənini qazanmağa çalışırlar. Daha sonra isə kredit üçün ilkin olaraq 29 AZN, ardından isə 136 AZN (ilk ayın ödənişi) adı ilə ödəniş tələb edirlər. Pul göndərildikdən sonra isə vəd edilən kredit təşkil olunmur və qarşı tərəflə əlaqə kəsilir.
Aldadılan vətəndaş artıq aidiyyatı qurumlara şikayət edib və digər vətəndaşlarımızında bu fırıldaqçılıqdan xəbərdar olmasını istəyir.
media-3683acf2-ecfb-4baf-9393-da19b061f0f9 media-586acfab-478c-4495-ad89-4b221f8df887 media-020256ca-fd9e-4dea-a69e-3e84225438a3 media-ba183fbb-3723-48b8-90f6-b21906cb7e6b media-bdd8eb33-afcd-4ef7-9b43-d86ee5e98cef


Bənzər xəbərlər