Avtobusun qırmızı işıqda keçməsi böyük risk və məhsuliyyətsizlikdir- VİDEO
Əhmədli ərazisində, 7 saylı poliklinikanın qarşısında ictimai nəqliyyat vasitəsinin sürücüsü məsuliyyətsiz davranış nümayiş etdirib.
Patrulaz.az-ın qaynar xəttinə göndərilən görüntülərdə, “90-MH-188” dövlət qeydiyyat nişanlı avtobus qırmızı işıqda keçərək yol hərəkəti qaydalarını pozub. Hadisə digər avtomobillərin kameraları tərəfindən qeydə alınıb və bu, sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə riskə atıb. Vətəndaşlar bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınmasını xahiş edir.