media-inshot_20260416_175930640

Çində boğaz ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 46 yaşlı kişinin vəziyyəti həkimləri təəccübləndirib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, boğazında güclü ağrı ilə yaşayan Vanq soyadlı şəxsin rentgen müayinəsi zamanı boğazında təxminən 12 santimetr uzunluğunda metal çubuq aşkar edilib.

Məlum olub ki, o, bu əşyanı 8 il əvvəl təsadüfən udub. Lakin necə udduğunu xatırlamayıb. İlk vaxtlar boğazında narahatlıq hiss etsə də, nəfəs almaqda problem yaşamadığı üçün həkimə müraciət etməyib.

Sonradan ağrılar artdığı üçün yenidən müayinədən keçib və müəyyən olunub ki, metal çubuq ətraf toxumalara zərər verə bilər.

Həkimlər tərəfindən həyata keçirilən xüsusi, yüngül cərrahi müdaxilə ilə çubuq ağız yolu ilə çıxarılıb. Əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşılaşdığı və ağrıların azaldığı bildirilib.


Bənzər xəbərlər