ABŞ astronavtı Suni Uilyams 62 saat 6 dəqiqə ilə kosmosda ən uzun müddət gəzən qadın astronavt olaraq tarixə düşüb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyadan (BKS) verilən açıqlamaya görə, Uzun müddət kosmosda qapalı qalan Williams və onun həmkarı Butch Wilmore stansiyanın avadanlıqlarını qorumaq, Destiny laboratoriyasından və Quest hava kilidindən analiz üçün səth materialından nümunələr toplamaq məqsədilə 5 saat 26 dəqiqəlik kosmos gəzintisi həyata keçiriblər. Bundan sonra ümumi kosmosa çıxma müddəti 62 saat 6 dəqiqəyə yüksələn Williams, kosmosda ən uzun müddət gəzən qadın astronavt olub.


Bənzər xəbərlər