ABŞ-ın Texas ştatından Nyu-Yorka uçmağa hazırlaşan “Airbus A319” təyyarəsində olan sərnişinlər qorxu dolu anları yaşayıb. Belə ki, hava limanında təyyarənin mühərriki uçuş-enmə zolağında alov alıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 104 sərnişin və 5 ekipaj üzvü təxliyə edilib. Birləşmiş Hava Yolları Şirkəti “UAL.O” 1382 saylı reysin ekipajının mühərriklə bağlı xəbərdarlıq göstəricisi alması və uçuş-enmə zolağında olarkən uçuşu dayandırması nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.


Bənzər xəbərlər