Amerikanın Wall Street Journal (WSJ) qəzeti ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən idxal edilən mallara əlavə rüsumlar tətbiq etmək qərarını “tarixin ən axmaq ticarət müharibəsi” kimi qiymətləndirib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, WSJ-nin redaksiya heyəti tərəfindən imzalanan məqalədə Trampın Kanada , Meksika və Çinə əlavə gömrük rüsumları tətbiq edən fərmanı tənqid edilib. Məqalədə Trampın sözügedən ölkələrdən idxal edilən mallara gömrük rüsumunun tətbiqini nəzərdə tutan fərmanının “mənasız” olduğu vurğulanıb. Məqalədə indiyə qədər olan ticarət əlaqələrinin bütün tərəflərin marağında olduğu və əlavə gömrük rüsumlarının, avtomobildən kənd təsərrüfatına qədər bir çox sektora mənfi təsir edəcəyi qeyd edilib.


Bənzər xəbərlər