ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun fevralın 4-də Ağ Evdə görüşəcəyi bildirilir.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş Nazirliyinin mətbuat xidmətindən verilən yazılı açıqlamada Trampın Netanyahunu Ağ Evə dəvət etdiyi bildirilib. Tramp və Netanyahunun fevralın 4-də Ağ Evdə görüşəcəyi qeyd olunub. Açıqlamada Trampın ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ağ Evə dəvət edilən ilk xarici liderin Netanyahu olduğu təfərrüatlı şəkildə qeyd olunub.


Bənzər xəbərlər