media-f399dac0-ee5f-4e87-87d6-3d32dfa8dedd

Son saatlarda sosial mediada və bəzi xarici mənbələrdə ABŞ və İsrail tərəfindən İran ərazisinə böyük dağıdıcı gücə malik bomba atıldığı ilə bağlı iddialar yayılıb.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, guya hücum zamanı “Bombaların anası” kimi tanınan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) tipli bomba istifadə olunub.

Bildirilir ki, bu bomba dünyada qeyri-nüvə silahları arasında ən güclü partlayış gücünə malik sursatlardan biri hesab olunur. Təxminən 11 ton ağırlığında olan MOAB bombası çox geniş radiusda güclü zərbə dalğası yaradır və böyük dağıntılara səbəb ola bilir.

Lakin yayılan məlumatlarda qeyd olunur ki, İran ərazisində baş verdiyi iddia edilən partlayışla bağlı bu silahın istifadə olunması rəsmi mənbələr tərəfindən hələ təsdiqlənməyib. Buna görə də xəbərin doğruluğu ilə bağlı müxtəlif versiyalar müzakirə olunur.
Hazırda beynəlxalq mediada və sosial şəbəkələrdə yayılan bu məlumatların nə dərəcədə doğru olduğu barədə rəsmi qurumların açıqlaması gözlənilir. Mövzu ilə bağlı yeni və dəqiqləşmiş məlumatlar olduqca ictimaiyyətə təqdim olunacaq.

media-e8550006-8ef2-416d-aa3d-b18966227b4b


Bənzər xəbərlər