Atatürk prospektində dirəklər piyadaların yolunu kəsib - FOTO
Atatürk prospektində piyadaların istifadəsi üçün nəzərdə tutulmuş səkinin üzərində quraşdırılan dirəklər hərəkətə ciddi maneə yaradır.
Patrul.az-a müraciət edən vətəndaş bildirir ki, xüsusilə əlil arabası və uşaq arabası ilə hərəkət edən şəxslər üçün keçid xeyli çətinləşib.
Mövcud vəziyyət səbəbindən bəzi vətəndaşlar yollarına davam etmək üçün avtomobil yoluna çıxmağa məcbur olurlar ki, bu da təhlükəsizlik baxımından risk yaradır.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni diqqətdə saxlayacaq və piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təmin olunması üçün müvafiq addımlar atılacaq.







