Ağ Şəhərdə əkilən bu ağaclar qəzalar üçün potensial təhlükə yaradır – VİDEO
Bakının Nobel prospektində, Ağ Şəhər adlanan ərazidə yeni əkilən ağaclar sürücülər üçün görmə məhdudiyyəti yaradır.
Patrulaz.az-a daxil olan məlumatda sürücülərin bildirdiyinə görə, yolun sağ tərəfində yerləşdirilən ağaclar sağdan gələn avtomobilləri görməyi çətinləşdirir və bu da qəzalar üçün potensial təhlükə yaradır.
Sürücülər aidiyyatı qurumların məsələyə müdaxilə etməsini və təhlükəsizlik baxımından ağacların düzgün yerləşdirilməsi üçün tədbir görülməsini istəyirlər.