“Ağaclar əsir götürülüb” iddiası nə dərəcədə doğrudur? Ərazidə apardığımız çəkilişlər fərqli mənzərə ortaya çıxardı - VİDEO
Sabunçu rayonunda, “Stansiya” adlanan əraziyə yaxın parkın içərisində yerləşən kafe ilə bağlı son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında müxtəlif iddialar səsləndirilib. Bildirilib ki, guya park ərazisində qanunsuz tikinti işləri aparılır, ağaclar tikilinin içərisində saxlanılır və yaşıllığa ziyan vurulur.
Məsələni araşdırmaq üçün əməkdaşımız hadisə yerində olub və ərazidə çəkiliş aparıb.
Patrul.az-ın yerində müşahidələri zamanı məlum olub ki, sözügedən obyekt yeni tikilən kafe deyil. Ərazi sakinlərinin də bildirdiyinə görə, obyekt uzun müddətdir fəaliyyət göstərir və hazırda burada təmir-bərpa işləri aparılır.
Çəkiliş zamanı ağacların kəsilməsi və ya yaşıllığın məhv edilməsi ilə bağlı hər hansı fakt müşahidə edilməyib. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin yaratdığı təəssüratla ərazidəki real vəziyyət arasında fərqlərin olduğu görünür.
Hazırda kafedə təmir işləri davam edir. Ərazidəki ağaclar isə yerində qalır və onların kəsilməsinə dair hər hansı izə rast gəlinmir.
Mövzu ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik.






