Aİ-nin Rafah Sərhəd Qapısında mülki sərhəd yardımı missiyası yenidən fəaliyyətə başlayıb
Avropa Birliyinin (Aİ) Qəzza ilə Misir arasındakı Rəfah Sərhəd Qapısındakı mülki sərhəd yardımı missiyası İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra öz vəzifəsini bərpa edib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas “X” hesabında etdiyi paylaşımda Aİ-nin Rəfahdakı Sərhəd Yardım Missiyasının (EUBAM) yenidən fəaliyyətə başladığını açıqlayıb.
Qeyd edək ki, Rafah Sərhəd Qapısı İsrail ordusunun işğalı səbəbindən aylardır bağlanıb. Yanvarın 27-də Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısında Fələstin və İsrail tərəflərinin dəvəti və Misirin təsdiqindən sonra missiyanın yenidən fəaliyyətə başlaması qərara alınıb.