media-e97c6f5c-b2cc-4690-bba2-3f4f7af69358

İtaliyanın paytaxtı Romada 24 yaşlı alman turist icarəyə götürdüyü elektrikli skuterlə antik Roma əsərini daşıyarkən polis tərəfindən saxlanılıb.

Patrulaz.az “Haberglobal”a istinad edərək bildirib ki, Roma polisi, gənc turistin skuterdə təxminən 30 kiloqramlıq mərmər sütun qaidəsini daşıdığını görüb onu izləməyə başlayıb. Qısa müddət sonra saxlanılan turist, bu mərmər parçanı “xatirə olaraq” götürdüyünü bildirib.
Roma Arxeologiya İdarəsi açıqlayıb ki, sözügedən mərmər parça tarixi əhəmiyyətə malik antik Roma əsəridir. Əsərin dəqiq olaraq haradan götürüldüyünü müəyyən etmək üçün araşdırmalar davam edir.
Rəsmi qurumlar, turistə hələlik rəsmi ittiham irəli sürülmədiyini, lakin “oğurlanmış mədəni irs əşyasını saxlamaq” maddəsi ilə barəsində istintaq başladıldığını bildiriblər.

Ləman Sərraf


Bənzər xəbərlər