media-f40bbe53-71bf-49cb-be43-63129d893a60

İsveçrədə Alp dağlarından qopan buzlaq parçasının səbəb olduğu torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Valais kantonunda yerləşən “Lötschental” Vadisindəki “Blatten” adlı kənd, Alp dağlarından qopan buzlaq parçasının yaratdığı torpaq sürüşməsi nəticəsində yox olub.
Rəsmilər, 1 nəfərin itkin düşdüyünü bildirərək, əhalisi 200 nəfər olan kəndin 19 may tarixində ehtiyat tədbiri olaraq təxliyə edildiyini açıqlayıblar.

Ləman Sərraf


Bənzər xəbərlər