Altı girov azad edilərək Qəzzanın şimalına buraxılacaq
İsrailin baş naziri Netanyahu şənbə günündən bəri davam edən atəşkəs gərginliyi ilə bağlı açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, son vəziyyətə görə, Həmas bu həftə altı girovu azad edəcək, İsrail isə bazar ertəsi günündən etibarən qəzzalıların şimaldakı evlərinə qayıtmasına icazə verəcək. Belə ki, Fələstinlilər şənbə günündən bəri Netzarim dəhlizində gözləyirlər.
Qeyd edək ki, atəşkəs razılaşmasının qüvvəyə mindiyi vaxtdan 7 girov və 300-ə yaxın məhbus azad edilib.
Qəzzada şimala qayıtmaq istəyən fələstinlilər, müharibə zamanı İsrailin əmri ilə cənuba yerləşdirildikdən sonra İsraillə Həmas arasında əldə olunan atəşkəs dövründə şimaldakı evlərinə qayıtmağı gözləyirlər. Fələstinlilər Qəzza zolağının şimalı ilə cənubunu ayıran Netzarim keçid məntəqəsindən keçmək üçün ordunun geri çəkilməsini gözləyirlər.
Minlərlə köçkün fələstinli iki gündür yollarını bağlayan hərbi səddin qarşısında toplaşıb. Yanvarın 19-dan atəşkəs və girov-əsir mübadiləsi sazişi qüvvəyə minib. İki mübadilə tamamlanıb.