media-img_4080

Anadolu liseyinin köçürülməsi valideyn və şagirdlərin narazılığına səbəb olub.

Patrulaz.az xəbər verir ki, bir neçə ildir Nizami metrosu yaxınlığında fəaliyyət göstərən Anadolu liseyinin Əhmədliyə köçürülməsi barədə qərar qəbul edilib. Valideyn və şagirdlər bildirirlər ki, bu barədə onlara cəmi bir həftə əvvəl məlumat verilib.

Məktəbin yerinin dəyişdirilməsi ilə yanaşı, dərs saatlarında da dəyişiklik edilib. Şagirdlər artıq uzun müddətdir planlaşdırdıqları hazırlıq kurslarına vaxtında çata bilməyəcəklər. Çünki əksər kurslar Nizami ərazisində yerləşir. Valideynlər qeyd edirlər ki, məktəbi dəyişmək də mümkün deyil – digər təhsil müəssisələri artıq qəbul prosesini yekunlaşdırıb, dərslər başlayıb.

Qərara etiraz edən şagirdlər aksiya keçirərək narazılıqlarını bildiriblər. Lakin etirazlara baxmayaraq, məktəbin köçürülməsi qərarı dəyişdirilməyib. Valideynlər və şagirdlər isə yaranmış vəziyyətdən ciddi şəkildə zərər çəkdiklərini vurğulayırlar.


Bənzər xəbərlər