Apple yeni "iPhone 17" smartfonunu təqdim etdi
“Apple” şirkəti yeni “iPhone 17” smartfonunu təqdim edib.
Patrulaz.az xəbər verir ki, cihaz A19 prosessoru, daha böyük ekran və 256 GB başlanğıc yaddaş ilə təchiz olunub.
Şirkət bildirir ki, ekran cızıqlara qarşı beş dəfə daha davamlı olacaq.
Yeni “iPhone 17″ beş fərqli rəngdə satışa çıxacaq və ön kamerası sayəsində cihazı fırlanmadan, həm şaquli, həm də üfüqi vəziyyətdə şəkil çəkmək mümkün olacaq. Standart modeldə iki kamera yerləşir: 48 MP geniş bucaqlı və 12 MP adi.
Apple həmçinin ultra nazik ” iPhone Air” modelini təqdim edib. Yeni cihazın gövdəsinin qalınlığı cəmi 5,5 millimetrdir.







