media-inshot_20260129_130008200

Texnologiyalar üzrə lider ölkələrdən biri olan Çində təhsil sistemində süni intellektdən geniş istifadə olunur.

Patrul.az bununla bağlı sosial şəbəkələrdə yayılan videoya əsasən xəbər verir ki, məktəblərin təhsil sistemində süni intellektdən ev tapşırıqlarının yoxlanması üçün istifadə olunduğu məlum olub.

Bu sistemin neyron şəbəkələri əl yazısını skan edir və yazıdakı səhv və düzgün variantları qiymətləndirə bilir.

Müəllimlər dəftərlərin şəkillərini yükləyir, proqram təminatı isə şagirdlərin çətinlik çəkdiyi və əlavə dəstəyə ehtiyacı olan anlayışları vurğulamaq üçün nümunələri təhlil edir.

Lakin inşa və yaradıcı materiallarda müəllimlər süni intellektin yoxlamasından sonra yenidən özləri düzəlişlər edirlər, çünki bu cür tapşırıqları dəqiqliklə qiymətləndirmək süni intellekt üçün risklidir.

Məlumata görə, bu texnologiya Şanxay və Pekində fəaliyyət göstərən yüzlərlə məktəbdə istifadə olunur.

Rəsmilər bildirirlər ki, bu sistem səmərəliliyi artırır və müəllimlərə dərs planlaşdırmasına və fərdi rəhbərliyə daha çox vaxt ayırmağa imkan verir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər