media-inshot_20251010_114036953

ABŞ-də vətəndaşlar büdcəyə qənaət etmək məqsədilə məhkəmə işləri ilə bağlı hüquqşunaslara deyil, süni intellektə üz tutmağa başlayıblar.

Patrulaz.az xəbər verir ki, süni intellekt modellərinin inkişafı ilə ABŞ-də bir çox müttəhim məhkəmə proseslərində vəkil xidmətindən imtina edərək, ChatGPT kimi neyron şəbəkələrdən yararlanırlar.

Məlumata görə, hüquq sahəsində süni intellektin tətbiqi 2023-cü ildən etibarən sürətlə artmağa başlayıb.

Məsələn, amerikalı Lynn White kirayə haqqını gecikdirdiyi üçün evindən çıxarılıb. O bundan sonra işi məhkəməyə versə də, vəkili uduzub. Bundan sonra White sənədləri təhlil etmək, hakimin səhvlərini müəyyənləşdirmək və arqumentlərini formalaşdırmaq üçün ChatGPT-dən istifadə edib. Nəticədə məhkəmə onun xeyrinə qərar çıxarıb və 55 min dollarlıq cərimə ilə 18 min dollarlıq ödənişi ləğv edib.

Qeyd edək ki, son illərdə hüquqi sənədlərin hazırlanmasında süni intellektdən istifadə artmaqdadır. Lakin neyron şəbəkələrin hazırladığı bəzi sənədlərdə uydurma və səhv məlumatlar da yer alır.


Bənzər xəbərlər