“Arxamda adamım var” deyib, kitabları təpiklədi – VİDEO
“TikTok” sosial şəbəkəsində “Eltac_o19” adlı istifadəçi tərəfindən paylaşılan video geniş müzakirələrə səbəb olub.
Patrulaz.az-ın məlumatına görə, videoda 10-cu sinifə aid məktəb vəsaitinə kobud rəftar edilir, məktəb kitabları və digər təhsil materialları zədələnir. Paylaşımın altında istifadəçinin “arxamda adamım var” yazması, sosial şəbəkə istifadəçiləri arasında narazılığı daha da artırıb.
Videonun yayımlanmasından sonra insanlar, bu cür davranışların uşaqların tərbiyəsinə mənfi təsir edəcəyini və onları təhsil vasitələrinə qarşı hörmətsizlik etməyə alışdıracağını bildiriblər.