Arxeoloqlar YENİ DİL kəşf etdilər
Türkiyədə aparılan arxeoloji qazıntılar zamanı qədim Het imperiyasına aid tamamilə yeni bir dil aşkarlanıb.
Patrulaz.az “Yahoo News”a istinadən xəbər verir ki, tapıntı Boğazköy-Hattuşa arxeoloji ərazisində, yəni keçmiş Het imperiyasının paytaxtında aparılan qazıntılar zamanı ortaya çıxıb.
Tapılan yeni dili Würzburg Universitetinin Qədim Yaxın Şərq Araşdırmaları Kafedrasının rəhbəri Daniel Şvemer də təsdiqləyib:
“Hetlər xarici dillərdə ritualları qeyd etməkdə xüsusi maraq göstərirdilər. Tapılan lövhə də həmin mərasimlərdən birinə aiddir və yeni bir dili təmsil edir”,- deyə o qətiyyətlə vurğulayıb.
Alimlər bu dili Anadolu Hind-Avropa dil ailəsinin üzvü kimi müəyyən ediblər.
Qeyd edək ki, Hattuşa şəhəri 1986-cı ildən YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Ərazidə indiyədək 30 mindən çox mixi yazı lövhəsi aşkarlanıb. Yeni kəşf edilən dilin də bu irsə yeni bir töhfə verdiyi bildirilir.
Gülbəniz Səfərova






