Aşıq Molla Cümə küçəsində avtomobillərin nizamsız park edilməsi ilə bağlı DİN-dən AÇIQLAMA
Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneə yaradan avtomobillərin nizamsız park edilməsi ilə bağlı polislər tərəfindən tədbirlər görülüb.
Məsələ ilə bağlı Patrulaz.az-ın sorğusuna cavab verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə Nərimanov RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Dayanma və durma qaydalarını pozaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Xatırladaq ki, Aşıq Molla Cümə küçəsində fəaliyyət göstərən “URFA SOFRASI” restoranının qarşısı və “Gloria Flowers” gül salonunun yaxınlığı müxtəlif markalı avtomobillərlə zəbt olunmuşdu. Yolun bir hissəsinin tutulması səbəbindən nəqliyyat vasitələrinin hərəkəti çətinləşmiş, piyadalar isə yolun ortasından keçməyə məcbur olaraq təhlükəli vəziyyətdə hərəkət edirdilər.
Gülbəniz Səfərova






