media-inshot_20260507_175431920

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Patrul.az xəbər verir ki, Mədəniyyət sahəsində xüsusi xidmətləri ilə seçilən şəxslərin yer aldığı builki siyahıda maraqlı məqam diqqət çəkib.

Belə ki, dövlət başçısının yüksək etimadına layiq görülənlər arasında Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov və onun oğlu, gənc aktyor İbrahim Çingiz (Əhmədov) də yer alıb.

Hər iki sənətçi Azərbaycan teatr və kino sənətinin inkişafındakı səmərəli fəaliyyətləri və yaradıcılıq uğurlarına görə təltif ediliblər.

Qeyd edək ki, 63 yaşlı Çingiz Əhmədov uzunillik teatr fəaliyyəti, yaratdığı koloritli obrazlarla tamaşaçı rəğbətini qazanıb. İbrahim Çingiz isə son illərdə ekranlaşdırılan populyar seriallardakı uğurlu rolları və müasir aktyorluq məktəbinə verdiyi töhfələrlə tanınır.

Xüsusilə, İ. Çingiz tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Vicdan haqqı”, “Yuxu kimi”, “Könül yarası” və Xəzər TV-də yayımlanan “Bu şəhərdə kimsə yoxdur” kimi seriallardakı baş rolları ilə yadda qalıb. O, həmçinin Vətən müharibəsinə həsr olunmuş “44” tammetrajlı bədii filmində canlandırdığı obrazla öz aktyorluq məharətini növbəti dəfə nümayiş etdirərək peşəkar yaradıcılıq imkanlarını təsdiqləmişdir.

media-asdgfawergfvae
Aktyor Çingiz Əhməd

Bənzər xəbərlər