"Atatürk də arvad paltarı geyinib" - Emin Hüseynovdan gülünc iddia - VİDEO
Özünü jurnalist kimi təqdim edən Emin Hüseynov birinci xanım Mehriban Əliyevanın onunla bağlı səsləndirdiyi fikirdən sonra gülünc açıqlama verib.
Patrul.az xəbər verir ki, Emin Hüseynov “qadın paltarı geyinməsi” ilə bağlı yayılan məlumatı inkar etməyib və bu məsələdən hətta utanmadığını dilə gətirib.
Onun açıqlamasından sonra səsləndirdiyi digər iddia isə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. Hüseynov Mustafa Kamal Atatürk barədə iddia irəli sürərək, onun da bir vaxtlar təhlükədən yayınmaq üçün qadın paltarı geyindiyini deyib.
“Oxumuşdum ki, bir dəfə Mustafa Kamal Atatürk evinin mühasirəyə alındığı vaxt kimdənsə gizlənmək üçün qadın paltarı geyinib. Evi mühasirəyə alanlar “”qadınlar çıxsın” deyəndə, Atatürk də başına çadra taxaraq oradan çıxıb”.
Xatırladaq ki, bir neçə müddət bundan əvvəl Emin Hüseynovun Azərbaycanda demokratiya ilə bağlı sualına birinci xanım Mehriban Əliyeva “Qadın paltarında səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzulayıram”, – deyə cavab verib. Bu cavabdan sonra məsələ geniş ictimai rezonans doğurub.
Emin Hüseynov birinci xanım Mehriban Əliyeva ilə yanaşı, İlham Əliyevə də Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsindən çıxan zamanı müraciət edib.
Azərbaycan Prezidenti İlham Əliyev də Emin Hüseynovun “müstəqil mətbuat”la bağlı sualına qısa cavab verərək dünyada müstəqil mətbuatın olmadığını söyləyib.
Məlumat üçün bildirək ki, Emin Hüseynov 2014-cü ildə Azərbaycan dövlətinə vergi borcu olduğu üçün ölkəni tərk edib. Hazırda İsveçrədə məcburi köçkün statusu ilə yaşayır.






