Avstraliyanın Kvinslend əyalətində okeanda 17 yaşlı qız köpək balığının hücumuna məruz qalaraq ölüb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Brisbane şəhərinin şimalında yerləşən Bribi adasındakı okean sahilində üzən gənc qız köpək balığının hücumuna məruz qalıb.
Səlahiyyətlilər adanın cənub-şərqindəki çimərlikdə üzən gənc qızın bədəninin yuxarı hissəsindən xəsarət aldığı hücumda öldüyünü təsdiqləyib. Hücum xəbərindən sonra bölgəyə təcili tibbi yardım qruplarının getdiyini ifadə edən səlahiyyətlilər, Woorim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqladı.


Bənzər xəbərlər