Avtobusun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb
Nigeriyanın Kogi ştatında sərnişin avtobusu ilə yük maşını toqquşub.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Nigeriya Milli Yol Təhlükəsizliyi Korpusu Kogi Ştatı üzrə rəhbəri Kumar Tsukvam verdiyi açıqlamada bildirib ki, Lokoja–Obajana yolunda yüksək sürətlə hərəkət edən sərnişin avtobusu hərəkətdə olan yük maşınına çırpılıb.
Tsukvamın sözlərinə görə, qəza nəticəsində 5 uşaq da daxil olmaqla 19 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Ləman Sərraf






