media-a08f9e5e-fee0-4139-87cd-dd415fb4b09d

Zabrat istiqamətində hərəkət edən “BakuBus” avtobusunun sürücüsü yolda park edilən avtomobillər səbəbindən çətinliklə qarşılaşdığını bildirib. Sürücünün sözlərinə görə, “99-UD-930” dövlət qeydiyyat nişanlı avtomobili avtobus zolağında saxlayan marketin sahibi nəqliyyatın hərkətinə mane olur və qəza şəraiti yaradır.

Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən Bakı Şəhər DYPİ-nin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, videogörüntü ilə bağlı araşdırma aparılmış və sözügedən sürücü aşkar edilərək barəsində qanunamüvafiq tədbir görülmüşdür.


Bənzər xəbərlər