media-inshot_20250822_104715194

Sentyabrın 7-də tam Ay tutulması baş verəcək. Tam tutulma fazası 1 saat 22 dəqiqə (Bakı vaxtı ilə 21:30-dan 22:52-yə qədər) davam edəcək.

Ay tutulması haqqında nə bilirik? Bu hadisənin baş verdiyini necə anlaya bilərik?

Patrulaz.az-ın araşdırmasına görə, Ay tutulması, Günəş, Yer və Ayın düz xətt üzərində sıralanması nəticəsində baş verir. Bu zaman Yer, Günəş ilə Ayın arasına girir və Günəşdən gələn işığın Aya çatmasına mane olur. Nəticədə Ay tam və ya qismən kölgədə qalır.

Tutulma iki əsas formada müşahidə olunur: tam ay tutulması zamanı Ay bütövlükdə Yer kölgəsinə düşür və qırmızımtıl rəng alır. Bu hal “qanlı Ay” kimi tanınır. Qismən ay tutulmasında isə yalnız Ayın bir hissəsi kölgədə qalır və səma hadisəsi daha sakit görünür.

Ay tutulmasını öncədən bilmək mümkündür, çünki bu hadisə təsadüfi deyil, astronomik hesablamalara əsaslanır. Alimlər dəqiq tarix və saatı illər əvvəlcədən hesablaya bilirlər. Bunun üçün Ayın Yer ətrafında fırlanma trayektoriyası və Günəşin mövqeyi nəzərə alınır.

Tutulma vaxtını öyrənmək üçün astronomik təqvimlər, mobil tətbiqlər və rəsədxanaların elanları izlənilə bilər. Hətta, NASA və digər elmi qurumlar bu hadisələrin tarixlərini illərlə qabaqcadan açıqlayır.

Yəni, gecə səmada Ayın birdən-birə qaranlıq düşməsi və sonra qırmızımtıl rəng alması artıq bir siqnaldır ki, Ay tutulması baş verir. Bu həm elm üçün proqnozlaşdırıla bilən, həm də insanlar üçün təbiətin möhtəşəm bir tamaşasıdır.

Ləman Sərraf


Bənzər xəbərlər