media-5c93d812a48f61fc25a7fff3

Azadlıq Heykəli – rəsmi adı ilə “Azadlığı dünyaya işıq saçan qadın” ABŞ-nin Nyu-York şəhərində yerləşən, dünya miqyasında azadlığın və demokratiyanın ən tanınmış simvollarından biridir.

Bəs bu simvol necə ortaya çıxdı?

Patrulaz.az tarixin dərinliklərindən kiçik bir araşdırma edib.

Fransa ilə ABŞ arasında dostluğun simvolu

media-4e93ca493cb72fdb3980f4637bd4bdb2-1

Azadlıq Heykəli Fransa tərəfindən 1886-cı ildə Amerika Birləşmiş Ştatlarına hədiyyə olunub. Bu hədiyyə 1776-cı ildə ABŞ-nin müstəqillik qazanmasının 100 illiyi münasibətilə verilib. Heykəlin yaradılması həm də Fransa ilə ABŞ arasında olan dostluğun, ortaq azadlıq və demokratiya ideallarının bir nişanəsi idi.

Layihənin müəllifi Fransız heykəltəraş Frédéric Auguste Bartholdi, daxili dəmir skeletinin mühəndis konstruksiyası isə məşhur memar Gustave Eiffel (Eyfel qülləsinin müəllifi) tərəfindən hazırlanmışdır.

Heykəlin xüsusiyyətləri

media-statuyana_0-1

Hündürlük: təməl ilə birlikdə 93 metr

Çəkisi: təxminən 225 ton

Material: mis (tərəfi yaşıl rəngə çevrilən mis təbəqələr)

Əlindəki məşəl: azadlığın işığını təmsil edir

Sol əlindəki kitabda: “JULY IV MDCCLXXVI” – yəni 4 iyul 1776 (ABŞ-ın Müstəqillik Bəyannaməsinin tarixi)

Başındakı tac: 7 şüası var və bu, 7 qitəni və 7 dənizi simvolizə edir

Qurulması və açılışı

media-2025070418591781

Heykəl Fransada hissə-hissə tikilib, sonra isə gəmi ilə ABŞ-yə daşınıb. ABŞ-də qurulması üçün ayrıca təməl və abidə inşa edilmişdi. 28 oktyabr 1886-cı ildə rəsmi şəkildə açılışı olub və Nyu-York limanındakı Liberty Island adasında yerləşdirilib.

Ənənəvi və simvolik mənası

media-9b77da702d89bfd52b8aa26071928c9e-the-torch-of-lady

Heykəl ABŞ-yə daxil olan milyonlarla immiqrant üçün ilk gördükləri simvol idi. Ellis adasında qeydiyyata düşən mühacirlər, bu heykəli gördükdə ümid və yeni başlanğıc hissi ilə qarşılaşırdılar. Zamanla bu heykəl:

– Azadlıq və insan haqlarının

– Demokratiya və bərabərliyin

– Təcavüzə qarşı müqavimətin

– İmmiqrantların ümidlərinin simvoluna çevrilib

UNESCO irsi və müasir əhəmiyyəti

media-statue-of-liberty-992552_1280

1984-cü ildə Azadlıq Heykəli UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu gün də milyonlarla turistin ziyarət etdiyi bu möhtəşəm abidə, yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin azadlıq və ədalət arzusunun ifadəsidir.

Ləman Sərraf


Bənzər xəbərlər