Azərbaycan kinosunun unudulmaz siması Rasim Balayevin 40 mərasimi keçirilir
Azərbaycan mədəniyyətinin görkəmli kino aktyoru, Xalq artisti və Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından 40 gün ötür.
Patrul.az xəbər verir ki, sənətkarın xatirəsini yad etmək məqsədilə bu gün Heydər Məscidində 40 mərasimi təşkil olunub.
Xatırladaq ki, milli kinomuzun “Nəsimi”si və “Babək”i kimi tanınan əfsanəvi aktyor, cari ilin 29 mart tarixində 78 yaşında dünyasını dəyişib. Uzun müddətdir səhhətində yaranan ciddi problemlərlə mübarizə aparan sənətkar, Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
R. Balayevin cənazəsi vətənə gətirilərək Birinci Fəxri xiyabanda izdihamla torpağa tapşırılıb. Onun vəfatı təkcə sənət üzvləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itkidir. Yaratdığı obrazlarla adını tarixə həkk edən böyük sənətkarın əziz xatirəsi qəlblərdə daim yaşayacaq.
Allah rəhmət eləsin!






