media-inshot_20250813_115327865

Azərbaycan İsrail ilə bağladığı müqavilə çərçivəsində regionun ən müasir raket əleyhinə və hava hücumundan müdafiə sistemlərini əldə edib.

Patrulaz.az xəbər verir ki, İsrail mənbələrinin verdiyi məlumata görə, Təl-Əviv bu istiqamətdə bütün mümkün addımları atır.

Mənbələr bildirir ki, yeni sistemlər Azərbaycanın müdafiə potensialını xeyli gücləndirəcək:

“İsrail istehsalı olan bu texnologiyalar strateji əhəmiyyət daşıyır və ölkənin hava məkanının təhlükəsizliyini ən yüksək səviyyədə təmin edəcək”.

Qeyd edək ki, Azərbaycan artıq bir müddətdir müdafiə imkanlarını genişləndirmək üçün tərəfdaş ölkələrlə əməkdaşlığı fəallaşdırıb və ən son texnoloji həllərə çıxış imkanlarını artırır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər