“Azərbaycan və Türkiyə yan-yana durduqda böyük məna ifadə edir“ - ŞƏRH
“Dünən Türkiyə-Azərbaycan tarixində yeni bir səhifə açıldı. Belə ki, ötən gün dünyanın gözü Ankarada idi, iki liderin də verəcəyi mesajlar maraqla gözlənilirdi və bir daha qardaş ölkələrin əməkdaşlığının güclü və sarsılmaz olduğu nümayiş etdirildi. Azərbaycan və Türkiyə bu günə qədər dörd enerji layihəsi həyata keçirib”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Azərbaycan qazı Türkiyədən sonra 11 ölkənin təhlükəsizliyini təmin edir: “Bu ölkələrdən 10-u Avropa Birliyi üzvüdür. Azərbaycanın keçdiyi inkişaf yolu qürurvericidir. Azərbaycanın strateji, siyasi önəmi çox böyükdür.
Azərbaycan və Türkiyəni boru kəmərlərində axan qaz və neft deyil, damarlarımızda axan qaz bizi birləşdirir. Buna görə də bu gün iki dövlət yan-yana durduqda böyük məna ifadə edir. Hər iki ölkə türk dünyasının genişlənməsi, inkişaf etməsi üçün əllərindən gələni edirlər”.






