media-f8ab7243-8865-4444-9b6b-6a5619e62e6e

“İranla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına çox ciddi ehtiyac var. Bu baxımdan İran prezidenti Pezeşkiyan və ölkə rəhbəri İlham Əliyev arasında baş tutan telefon danışığı xüsusi əhəmiyyətə malikdir. Bu fonda bu gün İran təmsilçisi ilə Prezident cənab İlham Əliyev arasındakı görüş də əlaqələrin inkişafının əhəmiyyətini bir daha nümayiş etdirir”.

Bu sözləri Patrulaz.az-a İran-Azərbaycan münasibətləri ilə bağlı danışarkən siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan İranın normal dövlətə çevrilməsini arzu edir: “İran isə uzun illərdir, Azərbaycan müstəqillik əldə etdiyi zamandan bəri bütün fəaliyyətlərində anti-Azərbaycan mövqeyindən çıxış edib. Yəni, Azərbaycan Respublikasına qarşı hətta Ermənistanı da dəstəkləyib. 44 günlük Vətən müharibəsində İran əsgərləri Azərbaycan ordusunun qarşısını kəsiblər. Bütün bunlar xoş deyil, lakin Azərbaycan hər zaman çalışıb ki, normal münasibətlər qurulsun. İran tərəfi isə bu addımları düzgün dəyərləndirməyib. Hətta Azərbaycanın İrandakı səfirliyinə hücum belə təşkil olunub. Bunların fonunda isə Azərbaycan yenə də təmkinini qoruyur, İrana dost əli uzadır.

Bu gün iki ölkə arasında əlaqələrin inkişafına inam daha çoxdur”.

Səbinə Hüseynli


Bənzər xəbərlər