media-inshot_20250915_111649232

Azərbaycanda hərbi xidmətə yeni başlayan gənc əsgərlərlə görüşlərin məhdudlaşdırılması valideynlərin narazılığına səbəb olub.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, qərardan narazı valideynlər hərbi hissələrin girişində izdiham yaradıb. Kadrlarda görüşə buraxılmayan bir qadının dəmir qapıya çıxaraq etiraz etməsi də əks olunub.

Xatırladaq ki, Müdafiə Nazirliyindən bildirilib ki, məhdudiyyət gənc əsgərlərin adaptasiya dövründə sağlamlıqlarının qorunması məqsədilə tətbiq olunub. Qabaqlayıcı tədbirlər çərçivəsində onların respirator xəstəliklərə, xüsusilə də qrip infeksiyasına yoluxmasının qarşısının alınması nəzərdə tutulur.


Bənzər xəbərlər