media-img_8437

“Azərbaycanla Almaniya arasında münasibətlər artıq uzun müddətdir ki, ikitərəfli əməkdaşlıq, iqtisadi ticarət və mədəniyyət sahəsində inkişaf edir. Bu əlaqələr Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən sonra daha da möhkəmlənib və ölkələr arasında siyasi dialoq, ticarət, investisiya sahəsində əhəmiyyətli nəticələr əldə edilib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

media-img_8436
Deputat bildirib ki, bu gün Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və Azərbaycan bu ölkə üçün ən vacib ticarət tərəfdaşlarından biridir: “Eyni zamanda iki ölkə arasında enerji sahəsində də sıx əməkdaşlıq həyata keçirilir, Azərbaycan Almaniyanın enerji təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır.
Almaniya Azərbaycana müasir texnologiyaların təqdim olunmasında ciddi rola sahibdir.

Almaniyanın federal prezidentinin Azərbaycana rəsmi səfəri ilk növbədə iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmlənməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Almaniya prezidentinin Azərbaycana səfərinin müsbət nəticələrinin olacağından əminliyi vurğulamaq lazımdır. Tərəflərin münasibətlər tarixində ilk rəsmi səfər olduğunu nəzərə alaraq, səfərin yekunu hər iki dövlət üçün böyük fayda verəcək. Eyni zamanda möhtərəm cənab Prezident də bu səfər çərçivəsində Almaniya dövlət rəhbərini sülh prosesi ilə bağlı da məlumatlandırıb, Azərbaycanın qəti mövqeyi Almaniya tərəfinin diqqətinə çatdırılıb.
Almaniya prezidenti sülh prosesinə ölkəsi tərəfindən böyük önəm verildiyini bildirib.

Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yalnız regional inkişaf deyil, həm də beynəlxalq əməkdaşlığı, investisiya cəlbini də artırır. İki ölkə arasındakı əlaqələrin inkişafının sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Almaniya prezidentinin ölkəmizə səfəri Azərbaycana olan marağın artmasının göstəricisidir. Azərbaycanla Almaniya arasındakı əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək və bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də digər sahələri geniş şəkildə əhatə edəcək”.

Səbinə Hüseynli


Bənzər xəbərlər