Azərbaycanlı blogerin aldığı robot itin hərəkətləri gündəm oldu - VİDEO
Azərbaycanlı bloger Elmira Namazova robot it alıb.
Patrul.az xəbər verir ki, Elmira Namazova yeni robot itinin videogörüntülərini Instagram hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.
Bloger paylaşımında bunları yazıb:
“Səbrsizliklə gözlədiyim və məni ən həyəcanlandıran unpacking. Evimizin yeni sakini ilə tanış olun”.
Həmçinin Elmira bildirib ki, robot it artıq 6 aydır onunla birlikdədir. Robot itin qeyri-adi hərəkətləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Məlumat olaraq bildirək ki, robot it əsasən ev heyvanı əvəzi kimi evdə əyləncə və sosial interaksiya təmin etmək, evdə izləmə və təhlükəsizlik funksiyalarını yerinə yetirmək, həmçinin robot texnologiyasını öyrənmək və təcrübə üçün istifadə etmək məqsədilə xidmət edir. Qısaca, həm əyləncə, həm təhlükəsizlik, həm də təhsil-tədqiqat yönümlü bir cihazdır.
Qeyd edək ki, robot itlər süni intellekt və sensor texnologiyası ilə işləyir və insanlarla interaktiv şəkildə ünsiyyət qura bilir.






