media-inshot_20250909_190019646

Xəbər verdiyimiz kimi, “Azərsu”yun  Abşeron rayonu, Xırdalan şəhəri Hacı Zeynalabidin Tağıyev küçəsində apardığı kanalzasiya sistemindəki təmir işlərindən sonra sonra asfaltsız qalan yol palçığa bürünüb.

Vətəndaşların bildirdiyinə görə, sözügedən küçə “Azərsu”yun təmir işlərindən əvvəl asfaltlı olub. Təmirdən sonra isə asfaltsız, palçıq içində olan yol həm piyadaların, həm də nəqliyyat vasitələrinin sərbəst hərəkətini çətinləşdirib.

Yerli sakinlər bu barədə “Azərsu”ya müraciət etsələr də, cavabında büdcə vəsaitinin tükəndiyi, asfalt örtüyünün isə yalnız yeni il əvvəlində vurulacağı bildirilib.

Patrulaz.az da yerli sakinlərin şikayətlərinə əsaslanaraq, problemin həll olunması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edib.

Dövlət Xidməti cavabında Tağıyev küçəsində kanalzasiya borusunun yenilənməsi prosesinin aparıldığı, bu məqsədlə tikinti işlərinin davam etdirildiyi bildirilib. Xidmət qeyd edərək bildirib ki, kanalzasiya probleminin həllindən sonra küçəsinin asfaltlanması üzrə işlərə də başlanılacaq:

“Abşeron rayonu, Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində istismar müddətini bitirmiş D=1000 mm dəmir-beton kanalizasiya borusu yenisi ilə əvəz olunur. Hazıra tikinti işləri davam etdirilir. İşlər tam yekunlaşdırıldıqdan sonra sözügedən küçənin asfaltlanması işlərinə başlanılacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər