Azyaşlılar motosiklet ilə belə şou göstərdi – VİDEO
Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yetkinlik yaşına çatmamış məktəbli şagirdlərin motosikletlə magistral yolda hərəkəti zamanı təhlükəli davranışları müşahidə edilib. Onların yol hərəkəti qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində ehtiyatsız davranması və intizamsızlıq göstərməsi ciddi narahatlıq doğurub.
Şahidlərin Patrulaz.az-a verdiyi məlumata görə, bu azyaşlılar heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən, nəqliyyat vasitələrinin arxa hissəsində oturaraq hərəkət etməyə çalışıb. Həmçinin, qaydalara məhəl qoymadan, avtobuslara və digər nəqliyyat vasitələrinə mane olub, qəza şəraiti yaradıblar. Bununla da həm öz həyatlarını, həm də sürücüləri və digər piyadaları ciddi riskə atıblar. Bu cür məhsuliyyətsiz hərəkətlər yollarda xaosa səbəb olmaqla yanaşı, ağır qəza hallarına gətirib çıxara bilər.