Azyaşlıya sükan etibar edən valideynə qarşı inzibati tədbir görüldü – Bakı DYP-dən açıqlama - VİDEO
Bakıda azyaşlı uşağın 77-BC-471 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobili idarə etməsinə dair yayılan görüntülərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb.
Patrulaz.az və Protokol.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, sözügedən videogörüntü ilə əlaqədar müvafiq araşdırma aparılıb və nəqliyyat vasitəsini sürücülük hüququ olmayan övladına etibar edən şəxs müəyyən edilib.
“Azyaşlının həyatına və ictimai təhlükəsizliyə ciddi təhlükə yaradan bu məsuliyyətsiz davranışla bağlı valideynlə profilaktik söhbət aparılıb və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”, – deyə Toğrul Nəsirli qeyd edib.






