"Bakı şəhərində elə ərazilər var ki, qonşudur, amma bir-biri ilə heç bir marşrut əlaqəsi yoxdur" - Ekspert
Son zamanlar Bakıda və ətraf rayonlarda ictimai nəqliyyatda, xüsusən də avtobus marşrutlarında gecikmələr müşahidə olunur. Bu isə sərnişinlərin narazılığına səbəb olur.
Bəs avtobus gecikmələrinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Patrulaz.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin əsas səbəbi qonşu olan ərazilərə heç bir marşrut əlaqəsinin olmamasıdır:
“Bakı şəhərində elə ərazilər var ki, qonşudur, amma bir-biri ilə heç bir marşrut əlaqəsi yoxdur. Bu məsələnin kökü də budur. Yəni bu gün demək olar ki, bütün qəsəbələrdən şəhərin mərkəzinə, metrolara işləyən avtobuslar, mikroavtobuslar və marşrutlar tam işlək qaydada olur. Özü də saat 9-10-a qədər, ondan sonra isə demək olar ki, əksəriyyəti ya bağlı olur, ya da 45 dəqiqə–yarım saat intervalla işləyirlər”.
A.Əsədov Marşrut gecikmələri olduqda insanların məcburən manatlıq taksiyə üstünlük verdiklərini vurğulayıb:
“Bunun da əsas problemi odur ki, insanlar birbaşa taksi sifarişinə keçir, ən yaxşı halda isə manatlıq taksidən istifadə edirlər. Bu məsələnin problemi də budur. Bu problemin aradan qaldırılması üçün düşünürəm ki, hər hansı addımlar atılacaqdır”.
Cəmilə Cəfərzadə






