media-img_1533

08 iyun 2025-ci il tarixində gecə saatlarında Bakıda təhlükəli hadisə baş verib.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, saat 23:16 radələrində Heydər Əliyev prospektində, Olimpiya stadionunun qarşısında – şəhər istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin olduğu ərazidə gənc bir qadın qəfil şəkildə yolun ortasına çıxaraq avtomobillərin qarşısına atılıb.

Gecənin qaranlığında yaşanan bu hadisə sürücülər üçün dəhşətli anlara səbəb olub. Qadının hansı səbəbdən belə bir addım atdığı hələlik məlum deyil. Hadisənin intihara cəhd olub-olmadığı və ya psixoloji pozuntu ilə əlaqəli olub-olmadığı məlum deyil.

Xoşbəxtlikdən, sürücülərin ayıq-sayıqlığı nəticəsində faciənin qarşısı alınıb və qadın avtomobillə vurulmayıb. Hadisə yerinə yaxın olan şəxslər dərhal müdaxilə edərək qadını təhlükəli ərazidən uzaqlaşdırıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər